"AGBank" nizamnamə kapitalını artırıb

"AGBank" nizamnamə kapitalını artırıb
# 13 aprel 2016 10:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AGBank”ın bir neçə gün öncə baş tutan səhmdarlarının ümumi yığıncağında nizamnamə kapitalının artırılması yenidən müzakirə olunub. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, qəbul olunan bu qərarın icrası nəticəsində hazırda “AGBank”ın nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manat təşkil edir.

Qeyd edək ki, nizamnamə kapitalının artırılması haqqında qərar 2016-cı il martın 4-də keçirilmiş səhmdarların növbədən kənar ümumi yığıncağında qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR