MN: Ermənistan sərhəd kəndlərinin mühafizəsinə mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb

MN: Ermənistan sərhəd kəndlərinin mühafizəsinə mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb
# 16 oktyabr 2015 13:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı “drujinniklərin” mühafizəyə cəlb olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı “drujinniklərin” mühafizəyə cəlb olunması yeni xəbər deyil: “Əgər əvvəllər düşmən tərəfi bu cür praktikadan yalnız işğal olunmuş ərazilərdə istifadə edirdisə, bu gün artıq dövlət sərhədində də erməni kəndlərinin mühafizəsinə rəsmi olaraq ordudan başqa mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb. Dəfələrlə bildirdiyimiz kimi, qarşı tərəfin yerli əhalidən olan mülki şəxsləri silahlandıraraq səngərlərə doldurması Ermənistan ordusunda kritik həddə çatan əsgər çatışmazlığı, hərc-mərclik, nizam-intizamsızlıq və fərarilik hallarının artmasından, həmçinin Azərbaycan əsgərinin xofu və qorxusundan irəli gəlir. Bunun əksinə olaraq Silahlı Qüvvələrimizdə xidmət böyük ruh yüksəkliyi, əzmkarlıqla təşkil edilib, şəxsi heyət qabaqlayıcı tədbirlər görməklə düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və ona sarsıdıcı zərbələr endirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR