Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumu keçiriləcək

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumu keçiriləcək
# 07 oktyabr 2015 14:40 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Leyla Əliyevanın rəhbərliyi ilə AMOR-un VI Forumuna hazırlıq işləri həyata keçirilir. Forumun oktyabrın 31-də keçiriləcəyini söyləyən E. Hacıyev tədbirin Moskvanın Beynəlxalq Ticarət Mərkəzində baş tutacağını bildirib.

600 nəfərdən çox iştirakçının təmsil olunacağı foruma Rusiya və Azərbaycanın rəsmi şəxsləri qatılacaq. AMOR-un regional bölmələrinin fəalları, Azərbaycan diasporunun nümayəndələri və Rusiya gənclər təşkilatlarının təmsilçiləri də forumda iştirak edəcəklər.

Forum çərçivəsində Azərbaycan və Rusiya incəsənət nümayəndələrinin iştirakı ilə böyük konsert proqramı təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR