Gəncədə referendumla bağlı “Yeni Azərbaycan” təşəbbüs qrupu yaradılıb

Gəncədə referendumla bağlı “Yeni Azərbaycan” təşəbbüs qrupu yaradılıb
# 29 iyul 2016 08:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. YAP-dan APA-ya verilən məlumata görə, tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev çıxış edərək “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı haqqında məlumat verib.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə və başqaları Konstitusiyaya təklif olunan dəyişiklər barədə öz fikirlərini bölüşüb, xalqın bu dəyişiklikrəi dəstəkləyəcəyklərinə əminliklərini ifadə ediblər.

Sonda YAP Gəncə şəhər təşkilatında 79 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” təşəbbüs qrupuna 7 nəfər nümayəndə seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR