Adolf Hitlerin “Mein Kampf” əsəri 70 ildən sonra yenidən nəşr ediləcək

Adolf Hitlerin “Mein Kampf” əsəri 70 ildən sonra yenidən nəşr ediləcək
# 02 dekabr 2015 08:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) əsəri 70 ildən sonra gələn ilin yanvarında Münhen şəhərində yenidən nəşr ediləcək.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ilkin olaraq kitabın 4 min tirajla buraxılması gözlənilir.

Kitabda həmçinin tarixçilər, ədəbiyyatçılar, nasizm üzrə mütəxəssislər və digər ekspertlər tərəfindən yazılmış 3,5 min şərh də yer alacaq. Kitabı Münhen Müasir İncəsənət İnstitutudur. İnstitutun direktoru Andreas Virşin bildirib ki, şərhlər kitabla bağlı mifləri sındıracaq.

Yəhudi icması isə kitabın təkrar nəşrini tənqid edib, bildirilib ki, nasizmi təbliğ edən əsər heç vaxt çap olunmamalıdır.

Alman məmurlar isə kitabın nəşrindən sonra cəmiyyətdə neonasist meyllərin baş qaldırmasından narahatdırlar.

Qeyd edək ki, A. Hitler “Mein Kampf”ı 1924-cü ildə Bavariya həbsxanasında yazıb. Əsər ilk dəfə 1925-ci ildə nəşr edilib, Hitler hakimiyyətə gəldikdən sonra isə Almaniyada ən çox çap edilən nəşr olub. Onu oxumaq xalqın qarşısında öhdəlik kimi qoyulub.

Bir çox ölkədə bu əsər ekstremist materiallar siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR