Yanvarda Azərbaycanda quraşdırılan bankomatların sayı azalıb

Yanvarda Azərbaycanda quraşdırılan bankomatların sayı azalıb
# 12 mart 2016 08:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2016-cı il fevralın 1-nə 2 573 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin dekabr ayı ilə müqayisədə 121 ədəd və ya 4,5%, ötən ilin fevralın 1-i ilə müqayisədə isə 45 ədəd və ya 1,7% azdır.

Cari ilin fevralın 1-nə bankomatların 1424-ü (keçən ilə nəzərən 3,8% azalma ilə) Bakı şəhərində, 1149-u (keçən ilə nəzərən 1% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR