Suriyada terror aktı törədilib, ölənlər və yarananlar var

Suriyada terror aktı törədilib, ölənlər və yarananlar var
# 27 fevral 2016 09:18 (UTC +04:00)

Bakı - APA. Suriyada minalanmış avtomobil partladılıb.

APA-nın yerli SANA agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Terror aktı Salamiya şəhərinin şərq girişində törədilib. Partlayışa görə məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib.

Qeyd edək ki, fevralın 27-də gecə yarısından Suriyada atəşkəs rejimi qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR