Bakıda baş verən yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib

Bakıda baş verən yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib
# 12 oktyabr 2015 11:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

Bürodan "APA-Economics"ə verilən məlumata görə, İSB tərəfindən 28 iyul 2012-ci il tarixində saat 18:40 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində kompensasiya ödənişi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR