Koreyada azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etirazla bağlı aksiya keçiriblər

Koreyada azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etirazla bağlı aksiya keçiriblər
# 10 aprel 2016 13:24 (UTC +04:00)

Bakı-APA. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar Koreyada yaşayan azərbaycanlılar, o cümlədən “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Koreyanın paytaxtı Seul şəhərində dinc etiraz aksiyası keçiriblər.

APA-nın məlumatına görə, aksiyanın əsas məqsədi son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eləcədə, Azərbaycanla təmas xəttində Ermənistan işğalçı qüvvələrinin təxribatçı cəhdləri və dinc əhalinin qətlə yetirməsi ilə əlaqədar baş vermiş hadisələrə Koreya ictimaiyyətinin diqqətini yönəltməkdən ibarət olub.

Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak ediblər. Aksiyada “Ermənistan təcavüzkar ölkədir!”, “Torpaqlarımızı tərk edin!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır!” şüarları səsləndirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR