Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb
# 16 fevral 2016 11:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apelyasiya Şurası yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmrə əsasən, Apelyasiya Şurasının əsasnaməsi təsdiq edilib və nazir müavini İdris İsayev Apelyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə şuranın üzvləri təyin ediliblər. Apelyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apelyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR