Aİ-Türkiyə görüşü martın əvvəlində keçiriləcək

Aİ-Türkiyə görüşü martın əvvəlində keçiriləcək
# 19 fevral 2016 04:48 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı martın əvvəlində miqrasiya böhranı ilə əlaqədar Türkiyə ilə görüş keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

“Aİ-Türkiyə birgə tədbirlər planı prioritet olaraq qalmaqdadır və biz irəliləyişə nail olmaq üçün əlimizdən gələni etməliyik. Bu səbəbdən biz martın əvvəlində Türkiyə ilə xüsusi görüş keçirmək niyyətindəyik”, - deyə Tusk Brüsseldə Aİ sammiti çərçivəsində jurnalistlərə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR