Liviyada 70-dən çox İŞİD silahlısı məhv edilib

Liviyada 70-dən çox İŞİD silahlısı məhv edilib
# 09 oktyabr 2016 19:24 (UTC +04:00)

Bakı-APA. Liviyanın Sirt şəhərində baş verən toqquşmalar nəticəsində 70-dən çox İŞİD silahlısı məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hökumət qoşunlarının itkiləri barədə məlumat verilmir.

Döyüşlərdə 72 silahlının məhv edildiyi bildirilir. Sirt şəhərində terrorçulara qarşı əməliyyat mayın əvvəlindən başlayıb. Məlumata görə, şəhərin əksər əraziləri İŞİD-çilərdən təmizlənib. Avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR