Bakıda baş verən yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda baş verən yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 12 may 2016 03:05 (UTC +04:00)

Bakı. Mahir Məmmədli- APA. Bakı Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Ford” markalı kiçik tutumlu yük maşını ilə “KamAZ” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini xəsarət alıb.

“Ford”un ayağından xəsarət alan sürücüsü avtomobili dayandırmaq üçün onu arakəsməyə çırpıb. Zərbədən avtomobil deformasiyaya uğrayıb və yaralı sürücü sükan arxasında sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar yaralı sürücünü avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. Məlum olub ki, qəzaya kartof daşıyan “Ford” markalı avtomobilin sürücüsü səbəb olub. Qeyd edək ki, qəzaya uğrayan “KamAZ” da mişar daşı ilə yüklü olub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

***

03:45

Bakı-APA. Bakıda “Ford” və “KamAZ” markalı yük avtomobillərinin toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib.

Məlum olub ki, "Ford" markalı avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 02:16-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR