Nazir: “Bu il Azərbaycandan 200 tələbə Macarıstanda təhsil alacaq”

Nazir: “Bu il Azərbaycandan 200 tələbə Macarıstanda təhsil alacaq”
# 28 iyun 2016 11:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycandan Macarıstana təhsil almağa gedən tələbələrin sayı artıb.

APA-Economcis” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, 2015-ci ildə 50-yə yaxın tələbə təhsil almaq üçün Macarıstana gedib. “Bu il isə Macarıstanda təhsil üçün 200 yer ayrılıb. 600-ə yaxın tələbə isə Macarıstanda təhsil almaq üçün müraciət edib. Bu tələbələrin 200-ü orada təhsil almaq imkanı əldə edəcək”, - deyə Ş. Mustafayev qeyd edib.

Nazir əlavə edib ki, təhsil haqqı Macarıstan hökuməti tərəfindən ödənilir: “Bununla da Azərbaycan tələbələri üçün əlavə imkanlar yaranır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR