Ağdamda iki avtomobil toqquşub, ölən var

Ağdamda iki avtomobil toqquşub, ölən var
# 10 sentyabr 2016 15:35 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb.

Rəhimov Rais Budaq oğlu idarə etdiyi VAZ 2107 markalı 90 CN 324 dövlət nömrəli maşınla Kərimov Nurlan Yasir oğlunun idarə etdiyi BMW markalı 10 LC 524 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə VAZ 2107 sürücüsü R. Rəhimov hadisə yerində ölüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR