Abşeronda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Abşeronda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
# 23 fevral 2016 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 55 yaşlı Ağarza Müseyibov idarə etdiyi “QAZ-3110” markalı avtomobili yol kənarındakı elektrik dirəyinə çırpıb.

Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR