Ekvadorda bir sutka ərzində ikinci güclü zəlzələ baş verib

Ekvadorda bir sutka ərzində ikinci güclü zəlzələ baş verib
# 18 may 2016 19:13 (UTC +04:00)

Bakı-APA. Ekvadorda bir sutka ərzində ikinci güclü zəlzələ baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, 6.9 bal gücündəki yeraltı təkanların episentri paytaxt Kito şəhərindən şimal-qərbdə yerləşib.

Bu gün Ekvadorun qərbində 6.7 bal gücündə zəlzələ qeydə alınmışdı.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, aprel ayında Ekvadorda baş verən zəlzələlər nəticəsində 600 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR