Ağdam rayonuna dolu düşüb

Ağdam rayonuna dolu düşüb
# 23 may 2016 20:27 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Ağdamın yaşayış məntəqələrinə dolu düşüb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, axşam saatlarında yağan dolu rayonun Zəngişalı, Mahrızlı, Qaradağlı və Əfətli kəndlərinə daha çox düşüb.

Kənd sakinlərinin dediyinə görə, dənli bitkilərdən arpaya, həmçinin soğan və pomidor sahələrinə ziyan dəyib. Yağıntı meyvə ağaclarını da ziyan vurub.

Qaradağlı kənd Bələdiyyəsinin sədri Şamil Əhmədov APA-ya açıqlamasında bildirib ki, əkin sahələrində çalışan sakinlərdən xəsarət alanlar olub. Xəsarət yüngül olduğundan xəstəxanaya müraciət olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR