Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub
# 21 may 2016 10:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Bakı şəhər sakini Mətanət İbadovanın evindən qızıl əşyalar oğurlamış paytaxt sakini Ramil Şəfəqqətov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 6 evdən pul, bankomat kartları, qızıl əşyaları və qol saatları oğurlaması da müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR