Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 29 mart 2016 10:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 28-də saat 22 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Bakı şəhər sakini Rasim Əlipaşayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Kamran Səlimovu vurub.

K. Səlimov hadisə yerində ölüb.

Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR