Gədəbəydə əri tərəfindən döyülən qadın reanimasiya şöbəsinə yerləşdirilib

Gədəbəydə əri tərəfindən döyülən qadın reanimasiya şöbəsinə yerləşdirilib
# 05 oktyabr 2016 00:45 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Gədəbəydə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Armudlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Yasəmən Şamilova ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon

Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan qadın reanimasiya şöbəsinə köçürülüb.

Yaxınlarının deməsinə görə, 3 uçaq anası olan Y. Şamilova həyat yoldaşı tərəfindən möhkəm döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR