Azərbaycan yığması ukraynalı həndbolçunu milliləşdirib

Azərbaycan yığması ukraynalı həndbolçunu milliləşdirib
# 07 yanvar 2016 13:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığması daha bir həndbolçunu milliləşdirir. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, Anastasiya Metelskaya bu ildən ölkəmizin şərəfini qorumağa başlayacaq.

Ukraynanın əsas komandasında və çimərlik yığmasında çıxış edən həndbolçu artıq ölkəmizə gəlib.

ABU klubunun şərəfini qoruyacaq Metelskaya bildirib ki, Azərbaycan millisi gələn il baş tutacaq İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşdığından heyət gücləndirilir: “Azərbaycanda çempionat deyilən bir şey yoxdu. Orada əsas diqqət beynəlxalq turnirlərə verilir. Bakıda gələn il İslam Oyunları keçiriləcək. Onlar üçün bu ciddi yarışdı. Bura hazırlıq üçün ciddi maliyyə ayrılıb. Təbii ki, vətəndə oynamaq daha yaxşıdı. Amma necəsə yaşamaq lazımdı”.

“Dnepryanka” klubundan gələn Anastasiya Azərbaycana pul qazanmaq üçün gəldiyini də gizlətməyib: “Xersonda həndbol oynamaqla pul qazana bilməzsən. İslam Oyunlarına qədər Azərbaycanda olacam. Sonrasına baxarıq. İndidən nəsə demək çətindi. Amma birmənalı şəkildə deyə bilərəm ki, Ukraynada həndbol oynamaq istəyim artıq yoxdu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR