Acarıstanda daha bir nəfər donuz qripindən ölüb

Acarıstanda daha bir nəfər donuz qripindən ölüb
# 09 fevral 2016 21:12 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Acarıstanda daha bir nəfər H1N1 (donuz qripi) virusundan ölüb. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, qripə yoluxan 66 yaşlı kişi yanvarın 29-da müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Bundan sonra onun vəziyyəti pisləşib və ötən gün ölüb.

Acarıstanın İctimai Səhiyyə Mərkəzi bölgədə indiyədək H1N1 virusundan artıq 5 nəfərin öldüyünü bildirib.

Qeyd edək ki, Gürcüstan üzrə H1N1 virusundan bu ölüm halı da daxil olmaqla 11 nəfər dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR