Rəsmi Pekin: Çin Ukraynanın “İpək Yoluna” qoşulmasını dəstəkləyir

Rəsmi Pekin: Çin Ukraynanın “İpək Yoluna” qoşulmasını dəstəkləyir
# 25 yanvar 2016 22:50 (UTC +04:00)

Bakı-APA. Rəsmi Pekin Ukraynanın Rusiyadan yan keçərək yeni “İpək Yoluna” (Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu) qoşulmasını dəstəkləyir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi, xanım Xua Çunyin deyib.

“Çin Xalq Respublikası Ukrayna və digər ölkələrin yeni nəqliyyat marşrutu ilə bağlı təkliflərini dəstəkləyir”, deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, yeni marşrut Ukrayna-Polşa sərhədindəki İzov stansiyasından Qazaxıstan-ÇXR sərhədində yerləşən Dostık stansiyasınadək uzanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR