Novak: "Neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunacağına inanmıram"

Novak: "Neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunacağına inanmıram"
# 20 aprel 2016 13:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın energetika naziri Aleksandr Novak OPEC-ə üzv olan ölkələrin neft hasilatının dondurulması ilə bağlı razılığa gələcəyinə inanmır.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, A. Novakın sözlərinə görə, hasilatın dondurulması OPEC üzvü olan ölkələrin aparacağı məsləhətləşmələrdən asılı olacaq: "Onların razılığa gələ biləcəyi ilə bağlı əminliyimiz yoxdur. OPEC daxilində bununla bağlı böyük fikir ayrılığı var".

Qeyd edək ki, aprelin 17-də baş tutan Doha sammitində OPEC-in əksər üzvləri, o cümlədən təşkilatın üzvü olmayan bir sıra ölkələr də iştirak edib. Görüşdə neft hasilatının dondurulması müzakirə olunub, lakin sammit iştirakçıları arasında yaranan fikir ayrılığı nəticəsində razılıq əldə olunmayıb. Növbəti sammit iyun ayında Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR