Peruda iki yol qəzası nəticəsində 27 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Peruda iki yol qəzası nəticəsində 27 nəfər ölüb, 40 nəfər xəsarət alıb
# 17 may 2016 04:58 (UTC +04:00)

Bakı-APA. Peruda baş verən iki yol qəzası nəticəsində 27 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Lima yaxınlığında iki sərnişin avtobusu və minik avtomobili toqquşub.

Hadisə nəticəsində 11 nəfər ölüb, 34 nəfər yaralanıb. Ölkənin Kahamarka regionunda isə sərnişin avtobusu idarəetməni itirərək dərəyə yuvarlanıb, 16 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Yolların pis vəziyyəti və yol hərəkəti qaydalarına riayət edilməməsi Peruda tez-tez qəzalara səbəb olur. Yalnız 2014-cü ildə ölkədə baş verən yol-nəqliyyat hadisələri 2 798 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR