Usupaşvili: "Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının analoqu yoxdur"

Usupaşvili: "Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının analoqu yoxdur"
# 07 mart 2016 15:03 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə parlament sədri jurnalistlərin müxtəlif suallarını cavablandırıb.

D. Usupaşvili martın 4-də Azərbaycanla Gürcüstan arasında təbii qazın nəqlinə dair memorandumun böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Biz yaxın və qonşu strateji tərəfdaş ölkələr olaraq bir-birimizi çox yaxşı başa düşürük. Biz hər bir məsələdə həmişə razılığa gəlirik. Ölkələrimiz yalnız energetika yox, digər vacib sahələrdə də razılığa gəlməyi bacarır. Ölkələrimizin inkişafına xidmət edən belə görüşləri daha geniş kontekstdə inkişaf etdirməliyik".

D. Usupaşvili Gürcüstan-Azərbaycanın münasibətlərinin Cənubi Qafqaz regionunda xüsusi əhəmiyyət daşıdığını bildirib: "Bu münasibətlər çox vacibdir. Mən bu yaxınlarda Yaponiyada oldum. Səfər çərçivəsində keçirilən görüşlərdə Gürcüstan-Azərbaycan strateji münasibətlərinin analoqunun olmadığını bildirmişəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR