“The Wall Street Journal”: “İŞİD” məsələsində həmrəyliyə baxmayaraq, Qərb Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

“The Wall Street Journal”: “İŞİD” məsələsində həmrəyliyə baxmayaraq, Qərb Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
# 19 noyabr 2015 10:38 (UTC +04:00)

Bakı – APA. Avropa İttifaqı və ABŞ “İŞİD”lə mübarizədə səylərin birləşdirilməsinə baxmayaraq, Rusiyaya qarşı sanksiyaların vaxtını uzatmaq fikrindədir.

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” Vaşinqton və Brüsseldəki mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazıb ki, Rusiyaya qarşı sanksiyalar məsələsinə Aİ-nin dekabr sammitində baxılacaq. Bu istiqamətdə 3 variant nəzərdən keçirilir: sanksiyaların daha 6 ay uzadılması, 1 il müddətinə uzadılması və yaxud, 4 ay müddətinə uzadaraq Moskvanın Ukrayna məsələsindəki güzəştlərinə dəstək ifadə olunması.

Brüsseldə belə rəy formalaşıb ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar Minsk razılaşmaları tam həyata keçirilənə qədər davam etməlidir. WSJ-in mənbələri qeyd ediblər ki, ABŞ, Britaniya və Almaniya Rusiyanın “İŞİD” məsələsində köməyinin müqabilində Ukraynaya dəstəkdən imtina etmək niyyətində deyillər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR