Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var
# 23 dekabr 2015 07:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Nizami küçəsində “VAZ2104” və “Rang Rover” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü Əli Şəmsiyev xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR