Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 22 yanvar 2016 11:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mirrəhim Abdullayev və Elşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə prosesi fevralın 4-də davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) anti-terror əməliyyatı nəticəsində tutulub.

Müəyyən edilib ki, onlar Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR