Rio-2016-nın VI günü Azərbaycan yığmasının daha 6 üzvü yarışacaq

Rio-2016-nın VI günü Azərbaycan yığmasının daha 6 üzvü yarışacaq
# 10 avqust 2016 02:41 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarının VI günün Azərbaycan yığmasının daha 6 üzvü yarışacaqlar. Apasport.az saytının məlumatına görə, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.

Belə ki, boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.

Olimpiya Oyunları

VI gün

Cüdo

Məmmədəli Mehdiyev (90 kq)

1/16 final

Saat: 17:56

Rəqib: Denis Kirill (Rusiya)

Üzgüçülük

100 metr sərbəst

Fatimə Alkərəmova

Təsnifat mərhələsi

Saat: 20:17

200 metr arxasıüstə

Boris Kirilov

Təsnifat mərhələsi

Saat: 20:40

Kanoe Slalom

Yuri Meqliç (K 1)

Yarımfinal

Saat: 20:30

Boks

Abdulqadir Abdullayev (91 kq)

1/4 final

Saat: 20:45

Rəqib: Rüstəm Tulaqanov (Özbəkistan)

İdman gimnastikası

Oleq Stepko (Çoxnövçülük)

Final

Saat: 23:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR