Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,7% artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,7% artıb
# 21 may 2016 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% artaraq 2238,8 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Econonmics”ə verilən məlumata görə, artımın 67,7%-ni hüquqi şəxslər təmin edib və onlar tərəfindən əhaliyə 1652,2 mln. manatlıq xidmət göstərilib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 1,6% üstələyib.

Bu ilin yanvar-aprel ayları ərzində hər bir ölkə sakini orta hesabla 233,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR