Latviyanın sabiq prezidenti: “Hər ölkə Avropa İttifaqı ilə hansı sahələrdə əməkdaşlıq etmək istədiyini özü seçməlidir”

Latviyanın sabiq prezidenti: “Hər ölkə Avropa İttifaqı ilə hansı sahələrdə əməkdaşlıq etmək istədiyini özü seçməlidir”
# 10 mart 2016 14:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Latviya Avropanın şərqində yerləşən dövlətlərə Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etmək imkanı verən “Şərq tərəfdaşlığı”nın əsas dəstəkçilərindəndir”.


APA-nın xəbərinə görə, bu sözləri Latviyanın sabiq prezidenti Vayre Vike Freyberqa deyib.

Sabiq prezident bildirib ki, Avropa İttifaqı azad seçkilər, insan haqları kimi bir sıra fundamental məsələlər daxil olmaqla, bəzi prinsiplərə əsaslanaraq fəaliyyət göstərir: “”Şərq tərəfdaşlığı” ilə bağlı keçirilən Riqa sammiti vurğuladı ki, hər ölkənin fərdi proqramı olmalıdır və ölkə Avropa İttifaqı ilə hansı sahələrdə, aspektlərdə əməkdaşlıq etmək istədiyini özü seçməlidir”.

Aİ tərəfindən bu istiqamətlərdə atılan addımları tam şəkildə dəstəklədiklərini deyən sabiq prezident indiyədək bu ölkələrdə həyata keçirilən islahatların faydalı olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR