ETSN: Bakı Beynəlxalq avtovağzalının qarşısındakı yolda çökmə prosesi aktivləşib

ETSN: Bakı Beynəlxalq avtovağzalının qarşısındakı yolda çökmə prosesi aktivləşib
# 26 noyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatlarda müəyyən qədər genişlənmələr əmələ gəlib”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda ərazidə çökmə prosesinin dinamikasında fəallaşma müşahidə olunur: “Çökmə prosesinin dinamikası tam olaraq dayanmayıb”.

Baş geoloq əlavə edib ki, çatların genişlənməsi, habelə çökmə prosesinin dinamikasının aktivləşməsi yağışların yağması nəticəsində baş verib: “Ərazidəki torpaq bir qədər çöküb. Ona görə də asfalt müəyyən qədər aşağı düşüb”.

Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri davam etdirilir: “Hələlik ərazidə su ötürücü qurğu quraşdırılmayıb. İstinad divarının dayanıqlığı bərpa olunandan sonra su ötürücü qurğu quraşdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR