La Liqa klubu yığmamızın futbolçusunu transfer edir

La Liqa klubu yığmamızın futbolçusunu transfer edir
# 18 yanvar 2016 15:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “Eybar” futbolçunun transferində maraqlıdı.

Müqavilə ilə “Mursiya” klubuna məxsus 24 yaşlı futbolçunu “Eybar” birdəfəlik transfer etmək niyyətindədi. La Liqa klubu bu keçid müqabilində qarşı tərəfə 300 min avro ödəməyə hazırdı. Lakin bu məbləğ “Mursiya” rəhbərliyini razı salmır. Belə ki, aşağı liqa təmsilçisi Eddiyə görə 500 min avro tələb edir.

“Eybar”ın prezidenti Aleks Aranzabal bildirib ki, Eddiyə görə, “Mursiya”ya il ərzində 200 min avro verilib. O, hazırkı məqamda daha 300 min avro ödəməyə hazır olduqlarını vurğulayıb.

“Eybar” “Mursiya” ilə 2017-ci ilə qədər müqaviləsi olan İsrafilovun transfer hüququnu alıb, onu Sequnda təmsilçisi “Alaves”ə icarəyə vermək fikrindədi.

Qeyd edək ki, ötən ildən Azərbaycan yığmasına dəvət alan Eddi İsrafilov millimizin heyətində 4 oyunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR