Dirijor Əyyub Quliyev Minsk Teatrının tamaşasında dirijorluq edəcək

Dirijor Əyyub Quliyev Minsk Teatrının tamaşasında dirijorluq edəcək
# 20 oktyabr 2015 08:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev Belarus Respublikasının paytaxtı Minskdə qastrol səfərinə dəvət olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə. Quliyev Azərbaycan və Belarus Opera və Balet Teatrları arasında qarşılıqlı mədəni əməkdaşlıq haqqında bağlanmış Memoranduma uyğun olaraq oktyabrın 24-də Minsk Böyük Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin “İolanta” operasının tamaşasına dirijorluq edəcək.

Tamaşanın baş rollarında Belarusun Dövlət mükafatı laureatları Eduard Martınyuk və Yelena Zolova çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR