"TuranBank"ın məcmu kapitalı azalıb

"TuranBank"ın məcmu kapitalı azalıb
# 26 oktyabr 2015 08:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “TuranBank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 470,943 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 64,46% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,4% artaraq 261,387 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 78% artaraq 207,540 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 2,96% azalaraq 53,467 mln. manata çatdığı halda, nizamnamə kapitalı 6,38% artaraq 50 mln. 002,5 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 9,54% artaraq 26,582 mln. manat, xərcləri isə 39,66% artaraq 26,048 mln. manata çatıb.

Cari ilin 9 ayını bank 442 min 568 manat mənfəətlə başa vurub.

Hazırda bankın ölkə üzrə 15 filialı, 23 bankomatı, 160 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR