Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb

Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb
# 26 fevral 2016 09:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 25-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Tarıyel Rəhimovun idarə etdiyi “Daewoo” markalı 64 saylı xətt avtobusundan açıq talama yolu ilə 45 manat aparıb.

Nizami rayon 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Teymurov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR