Türkiyədə Azərbaycan Termal Şəhərlər layihəsinin təqdimatı keçirilib

Türkiyədə Azərbaycan Termal Şəhərlər layihəsinin təqdimatı keçirilib
# 21 oktyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bursada Avropanın Tarixi Termal Şəhərlər Assosiasiyasının tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, birliyə 13 ölkə, 36 şəhər daxildir və iclas hər il bir üzv ölkədə keçirilir.

İclasda Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu, Bursa valisi Münir Karaloğlu, Avropa Tarixi Termal Şəhərlər Birliyinin prezidenti Quiseppa Bellandi, Bursa şəhər bələdiyyə sədri Rəcəp Altepe və turizm sahəsinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Günel Aslanova Azərbaycan Termal Şəhərlər layihəsinin təqdimatını keçirib.

Qeyd olunub ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihə həyata keçirilir.

İclas zamanı layihənin birliyə qoşulması istiqamətində danışıqlar aparılıb və Bursa qubernatoru Münir Karaloğlu Azərbaycanın da üzv olaraq qoşulması üçün bütün imkanların mövcud olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR