"DəmirBank" aktivlərini artırıb

"DəmirBank" aktivlərini artırıb
# 04 noyabr 2015 09:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” cari ilin 9 ayının yekunlarına əsasən maliyyə göstəricilərini açıqlayıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, yanvar-sentyabr aylarında “DəmirBank”ın aktivlərinin həcmi 441 mln. manat təşkil edib, bu isə ötən ilin göstəricisindən 25 mln. manat çoxdur.

Analoji olaraq bankın kredit portfelində də 11 mln. manat artım müşahidə olunaraq, 333 mln. manata çatıb.

İl ərzində prudensial normativlər daha da yaxşılaşıb. I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsalları isə 0,8% yaxşılaşaraq müvafiq olaraq 8,38% və 14,07% olub. Mərkəzi Bank normativləri adekvatlıq əmsalları üzrə 6% və 12%-dir.

Bankın məcmu kapitalı 62,19 mln. manat təşkil edir. Bu isə Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə qədər bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

26 illik zəngin tarixə malik “DəmirBank” Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR