Azərbaycan prezidenti Bəhreyn kralını təbrik edib

Azərbaycan prezidenti Bəhreyn kralını təbrik edib
# 15 dekabr 2015 15:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bəhreyn kralı şeyx Həməd bin İsa Al Xəlifəni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Bəhreyn Krallığının Milli günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycanla Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR