Gəncədə 2 nəfəri avtomobil vurub - YENİLƏNİB

Gəncədə 2 nəfəri avtomobil vurub - <span style="color: red;">YENİLƏNİB
# 06 noyabr 2015 19:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncədə 2 nəfəri avtomobil vurub. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, naməlum avtomobil Daşkəsən rayon Bayan kənd sakini 1986-cı il təvəllüdlü Bağırov Anarı və Gəncə sakini 1989-cu il təvəllüdlü Bağırov Elvini vuraraq hadisə yerindən qaçıb.

Məlumata görə, onlar avtomobilə oturmaq istəyərkən “BMW” markalı avtomobil tərəfindən vurulublar.

Yaralılar yaxınlıqdakı taksi sürücüsünün köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Hazırda onlara tibbi yardım göstərilir. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR