Hacıqabul sakinini ilan sancıb

Hacıqabul sakinini ilan sancıb
# 24 may 2016 19:26 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Günorta saatlarında Hacıqabul şəhəri, Ordubadi küçəsi 20 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Hüseynov Xalis Pəncalı oğlunu gürzə ilanı sancıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Harami dağının ətəyində yerləşən Hacıqabul qazpaylayıcı stansiyasında işləyən X.Hüseynov elə iş vaxtı gürzə ilanının hücumuna məruz qalıb. O, ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilan əleyhinə zərdab vurulub.

Hazırda xəstənin vəziyyəti stabilləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR