Biləsuvarda qəbiristanlıqda qəbir daşları sındırılıb

Biləsuvarda qəbiristanlıqda qəbir daşları sındırılıb
# 01 avqust 2016 08:17 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. Azərbaycanda qəbiristanlıqda qəbir daşları sındırılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılkənd sakinlərinə məxsus Biləsuvar rayonu ərazisində yerləşən qəbiristanlıqda baş verib. Qəbiristanlıqda yerləşən 6 məzar daşı naməlum şəxslər tərəfindən sındırılıb. 1974-cü ildə salınan qəbiristanlıqda belə halla ilk dəfə rastlaşan sakinlər polisə müraciət edərək məzar daşlarına qarşı vandalizm hərəkətləri edənlərin cəzalandırılmasını tələb ediblər.

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR