Aİ Ermənistan və Gürcüstanın ərazi əməkdaşlıq proqramı üçün 1,35 milyon avro ayırıb

Aİ Ermənistan və Gürcüstanın ərazi əməkdaşlıq proqramı üçün 1,35 milyon avro ayırıb
# 25 sentyabr 2015 19:11 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Avropa İttifaqı Ermənistan və Gürcüstanın ərazi əməkdaşlığı üçün 1, 35 milyon avro vəsait ayırıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Ermənistan və Gürcüstan Şərq Tərəfdaşlığı çərçivəsində ərazi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üzrə bir sıra sazişlər imzalanıb. Tədbir zamanı hər iki tərəfdən 8 layihə qalib seçilib və əməkdaşlıq müqavilələri imzalanıb. Qalib gələn layihələr Ermənistan və Gürcüstanın sərhəd bölgələrində sosial-iqtisadi problemlərin həllinə yönəldiləcək. Avropa İttifaqı bunun üçün Ermənistan və Gürcüstana 1, 35 milyon avro vəsait ayırıb. Sazişə görə, proqram sərhəd rayonlarının ümumi problemləri həll etmək imkanı verir.

"Gürcüstan hökuməti Şərq Tərəfdaşlığı formatında əməkdaşlığa böyük əhəmiyyət verir və proqram çərçivəsində bu əməkdaşlığın dərinləşdirilməsinə çalışır", - deyə Regional Siyasət və İdarəetmənin inkişafı departamentinin rəisi Georgi Tsakadze bildirib. Departament rəisi bildirib ki, proqram 200 kilometrdən çox ərazi inzibati vahidi əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR