Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində "Azərbaycan rəngləri" adlı xeyriyyə rəsm sərgisinin açılışı olub - FOTO

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində "Azərbaycan rəngləri" adlı xeyriyyə rəsm sərgisinin açılışı olub - <span style="color: red;">FOTO
# 09 noyabr 2015 23:52 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamilla Əhmədova, Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Vüqar İmaməliyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev, MQİMO-nun Azərbaycanlı tələbə klubunun sədri Ceyhun Hüseynov və paytaxt Moskvada yerləşən ali məktəblərin azərbaycanlı tələbələri iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edənlər MQİMO-nun Azərbaycanlı klubuna sərgini təşkil etdiyinə görə təşəkkürlərini bildirərək tədbir iştirakçılarını Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə təbrik ediblər.

Sərgiyə gələn qonaqlar Rusiya və Azərbaycan rəssamlarının əl işlərindən həzz almaq imkanına nail olublar. Eləcə də onlar sərgidə nümayiş olunan rəsm əsərlərini satın almaqla ağır xəstəlikdən əziyyət çəkən uşaqlara yardım etmiş olublar. Belə ki, rəsm əsərlərinin satışından əldə olunan gəlir ağır xəstəlikdən əziyyət çəkən uşaqlara yardım "Yaşa" (“Jivi”) adlı Xeyriyyə Fonduna köçürüləcək.

Qeyd edək ki, "Azərbaycan rəngləri" adlı xeyriyyə sərgisi bu ilin noyabrın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR