Ər-Riyad: “Tezliklə neft hasilatının dondurulması prosesinə başlanılacaq”

Ər-Riyad: “Tezliklə neft hasilatının dondurulması prosesinə başlanılacaq”
# 16 fevral 2016 22:46 (UTC +04:00)

Bakı-APA. Neft hasilatının dondurulması prosesinə yaxın aylarda başlanılacaq; Səudiyyə Ərəbistanı Dohada razılaşma əldə olunduqdan sonra neft bazarının sabitləşdirilməsinə dair digər tədbirlərin görülməsi imkanını nəzərdən keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib.

“Neft hasilatının mümkün dondurulmasına dair razılaşma yaxın aylarda başlayacaq prosesin başlanğıcıdır. Biz qərar verməliyik: bazarın sabitləşdirilməsi üçün digər addımların atılması zəruridirmi? Biz neftin qiymətinin sabit olmasını istəyirik”, deyə nazir bildirib.

Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.

Fevralın 17-də Venesuelanın neft naziri hasilatın dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR