Azərbaycanda qış fəslinin proqnozu noyabrda hazırlanacaq

Azərbaycanda qış fəslinin proqnozu noyabrda hazırlanacaq
# 22 oktyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda qış fəslinin necə keçəcəyi ilə bağlı proqnoz noyabrın sonunda hazırlanacaq”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, Birləşmiş Millət Təşkilatının (BMT) İqlim Mərkəzləri tərəfindən noyabrın əvvəlində Rusiyada və noyabrın sonunda Mərakeşdə keçiriləcək forumların nəticələri nəzərə alınacaq: “Mərakeşdə keçiriləcək forumda Cənub-Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində qışın necə keçəcəyi ilə bağlı müzakirələr aparılacaq. Forumda yekun qərarlar qəbul olunandan sonra biz də öz proqnozumuzu hazırlayacağıq”.

Baş hidroloq qeyd edib ki, indidən qışın necə keçəcəyi ilə bağlı fikir söyləmək tezdir.

Qeyd edək ki, bəzi avropalı və rusiyalı sinoptiklər bu qışın çox soyuq keçəcəyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR