İraqın baş naziri: “2016-cı il İŞİD üzərində qələbə ili olacaq”

İraqın baş naziri: “2016-cı il İŞİD üzərində qələbə ili olacaq”
# 28 dekabr 2015 19:07 (UTC +04:00)

Bakı-APA. 2016-cı il İŞİD üzərində son və qəti qələbə ili olacaq.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

“Əgər 2015-ci il azad edilmə ili idisə, 2016-cı il İŞİD üzərində böyük qələbələr ili olacaq”, deyə əl-Abadi bildirib.

Onun sözlərinə görə, gələn il İraq ərazisi terrorçulardan tamamilə təmizlənəcək.

Qeyd edək ki, bu gün İraq ordusu Anbar əyalətinin ər-Ramadi şəhərini terrorçulardan azad etdiyini bəyan edib. Bundan sonra əyalətin qubernatoru bildirib ki, şəhərin hələ ki 80% ərazisi terrorçulardan təmizlənib. Xatırladaq ki, İŞİD silahlıları ər-Ramadını 2014-cü ildə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR