Cəlilabadda avtomobil aşıb, sürücü ağır xəsarət alıb

Cəlilabadda avtomobil aşıb, sürücü ağır xəsarət alıb
# 08 oktyabr 2015 06:55 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, oktyabrın 8-də gecə saatlarında Bədirli kəndində Cəlilabad rayon sakini, 35 yaşlı Əlizamin Rabil oğlu Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarına aşıb.


Güclü zərbə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR